Yunanıstan Sahil Mühafizəsi Bozcaadada "Ro-Ro" gəmisinə atəş açıb.
Ucnoqta.az xəbər verir ki, iki Türkiyə Sahil Mühafizəsi botu əraziyə gələrkən yunanlar ərazini tərk ediblər.
Komor adaları bayrağı altında üzən gəmidə 18 nəfər olub. Atəş zamanı xəsarət alan olmayıb. Heyətdə 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.
Hazırda gəmi Türkiyənin 2 Sahil Mühafizəsi gəmisi tərəfindən müşayiət edilir.