Goranboyda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
Hadisə rayonun mərkəzində qeydə alınıb.
Hərəkətdə olan avtomobil qarşı tərəfə keçmək istəyən 1999-cu ildə anadan olmuş Hadıyev Ələddin Qüdrət oğlunu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.///apa