Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

21:42 - 10 Sentyabr 2022 tarixində dərc olunub.

Goranboyda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

Hadisə rayonun mərkəzində qeydə alınıb.

Hərəkətdə olan avtomobil qarşı tərəfə keçmək istəyən 1999-cu ildə anadan olmuş Hadıyev Ələddin Qüdrət oğlunu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: