Zelenski Haluk Bayraktara orden verdi

23:42 - 9 Sentyabr 2022 - DÜNYA

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktarla görüşüb.

Bu barədə “Report” Ukrayna dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, görüş zamanı Ukraynada yeni zavodun tikintisinin təfərrüatları və bir sıra birgə layihələr müzakirə edilib.

"Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar ilə görüşümüzün bir nömrəli mövzusu Ukrayna ordusunun müdafiə qabiliyyətini gücləndirmək üçün gələcək əməkdaşlıqdır", - Zelenski vurğulayıb.

O, həmçinin qeyd edib ki, dialoq zamanı Ukraynada “Baykar” zavodunun tikintisinin təfərrüatları və Ukrayna komponentlərindən istifadə etməklə yeni məhsulların istehsalı müzakirə olunub. Bundan əlavə, Volodimir Zelenski Haluk Bayraktara 1-ci dərəcəli "Xidmətə görə" ordenini təqdim edib.

Xəbər xətti