Ərdoğan Britaniya kraliçasının dəfnində iştirak edə bilər

16:31 - 9 Sentyabr 2022 - DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyaya səfər edə bilər.

O, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

“Britaniya kraliçasının ölümü ilə bağlı sosial şəbəkə vasitəsilə başsağlığı verdim. Əgər imkanım olarsa, Britaniyaya getmək də istəyərəm. Amma, əlbəttə, bu, proqramımızdan asılıdır. Nəzərə almaq lazımdır ki, Britaniya kraliçası II Elizabet tanımadığım adam deyil”, - Ərdoğan bildirib.///report

Xəbər xətti