"Avropa bu qışı çətinliklərlə keçirəcək. Ancaq bizim belə problemimiz yoxdur"
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropada qaz böhranı məsələsini şərh edərkən bildirib.
““Avropa əkdiyini biçir. Putinə qarşı Avropanın mövqeyi, sanksiya tətbiq etməsi istər-istəməz Putini də onlara qarşı “siz belə edirsinizsə, mən də belə edərəm” səviyyəsinə çatdırıb.
Putin isə əlindəki bütün imkan və alətləri istifadə edir. Bunlardan ən önəmlisi də təbii qazdır. Təəssüf ki, istəməzdik, amma belə bir durum Avropada formalaşıb. ”, - dövlət başçısı vurğulayıb