Minik maşını yük avtomobili ilə toqquşdu - ölən və yaralılar var

21:09 - 5 Sentyabr 2022 - HADİSƏ

Göygöldə ölümlə nəticələnən qəza baş verib.

Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb. 

Hərəkətdə olan  "QAZ 53"  markalı yük avtomobili ilə  "VAZ 2107" markalı minik maşını toqquşub. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti