Ucnoqta.az
www.ucnoqta.az

Minik maşını yük avtomobili ilə toqquşdu - <font color=red><b>ölən və yaralılar var</b></font>

21:09 - 5 Sentyabr 2022 tarixində dərc olunub.

Göygöldə ölümlə nəticələnən qəza baş verib.

Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb. 

Hərəkətdə olan  "QAZ 53"  markalı yük avtomobili ilə  "VAZ 2107" markalı minik maşını toqquşub. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: