Böyük Britaniyanın yeni Baş naziri seçildi

15:53 - 5 Sentyabr 2022 - DÜNYA

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin yeni Baş naziri seçilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.

Sentyabrın 5-də Mühafizəkarlar Partiyasına yeni lider seçkisi keçirilib. L.Trass Mühafizəkarlar Partiyasının 81 326 üzvünün dəstəyini qazanıb. 

O, Baş nazir vəzifəsində Boris Consonu əvəz edəcək.

Xəbər xətti