Qazaxda minik avtomobili aşıb, sürücü ölüb

08:55 - 4 Sentyabr 2022 - HADİSƏ

Qazaxda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə olan "VAZ "markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü, 47 yaşlı Aslan Məmmədov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti