Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda minik avtomobili aşıb, <font color=red><b>sürücü ölüb</b></font>

08:55 - 4 Sentyabr 2022 tarixində dərc olunub.

Qazaxda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə olan "VAZ "markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü, 47 yaşlı Aslan Məmmədov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: