Ukrayna ordusu Rusiyanın 30 hərbi texnikasını məhv edib
04:54 - 30 Avqust 2022 - DÜNYA
Ukrayna ordusu ötən sutka Rusiyaya məxsus 30 texnikanı məhv edib.
Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Cənub operativ komandanlığı məlumat yayıb.
Məlumatda bildirilir ki, ötən sutka Rusiyaya məxsus 30 texnika və 13 müşahidə məntəqəsi dağıdılıb, 80-dən çox hərbçi zərərsizləşdirilib.