Rusiya hərbi qüvvələri Ukraynanın Nikolayev şəhərinə zərbələr endirib, ölənlər var.
Ucnoqta.az xəbər verir ki, bu barədə şəhərin meri Oleksandr Senkeviç və regional hərbi administrasiyanın rəhbəri Vitali Kim bildirib.
Verilən məlumata görə, Rusiya qüvvələrinin şəhərdəki bir neçə yaşayış binasına endirdiyi zərbələr nəticəsində 2 mülki şəxs həlak olub, 11 nəfər yaralanıb.