Bu gün Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışacaq.
Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, telefon danışığı iki ölkə arasında dostluq münasibətləri barədə sazişin imzalanmasının 25-ci ildönümü ilə əlaqədar olacaq.