Ucnoqta.az
www.ucnoqta.az

Putin Paşinyanla telefonla danışacaq

14:18 - 29 Avqust 2022 tarixində dərc olunub.

Bu gün Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışacaq.

Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

Onun sözlərinə görə, telefon danışığı iki ölkə arasında dostluq münasibətləri barədə sazişin imzalanmasının 25-ci ildönümü ilə əlaqədar olacaq.

Müəllif: