Türkiyədə turist avtobusu qəzaya uğrayıb, 2 nəfər ölüb

12:09 - 28 Avqust 2022 - DÜNYA

Türkiyədə turist avtobusu qəzaya uğrayıb.

APA-nın “Haberler” portalına istinadən verdiyi xəbərə görə, Bursanın İnegöl rayonunda 47 turistin olduğu avtobus dərəyə aşıb.

Nəticədə 2 nəfər ölüb, 28 nəfər yaralanıb. Yaralılar arasında vəziyyəti ağır olanlar var.

 

Xəbər xətti