Goranboyda avtomobil aşıb, xəsarət alanlar var

16:13 - 27 Avqust 2022 - HADİSƏ

Goranboyda xəsarətlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qızılhacılı qəsəbəsinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə, avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti