Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda avtomobil aşıb, <font color=red><b>xəsarət alanlar var</b></font>

16:13 - 27 Avqust 2022 tarixində dərc olunub.

Goranboyda xəsarətlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qızılhacılı qəsəbəsinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə, avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: