Bu ölkələrin hərbi gəmiləri Bakı limanını tərk etdi - FOTO

15:15 - 26 Avqust 2022 - Xəbər

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin, həmçinin Rusiya Hərbi Dəniz Donanmasının gəmiləri və şəxsi heyəti Bakı limanını tərk edib.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 


Xəbər xətti