Laçın dəhlizində alternativ yolun inşasına 20 milyon dollar ayırıldı

14:09 - 26 Avqust 2022 - Xəbər

Laçın şəhərindən yan keçən yolun Ermənistan hissəsinin tikintisinə əlavə 8,5 milyard dram (20,7 milyon dollar) ayrılıb.

"Unikal" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan hökuməti bu barədə avqustun 25-də qərar qəbul edib.

Qeyd edək ki, Azərbaycan Laçın dəhlizinə alternativ yolun öz ərazisinə düşən 22 km-lik hissəsini vaxtından əvvəl istifadəyə verib. 

Xəbər xətti