Bakıda dəfələrlə yol hərəkəti qaydalarını kobudcasına pozan və sosial şəbəkələrdə görüntüləri yayılan “Zerkalnı Əliyar” adı ilə tanınan sürücü polis idarəsinə çağırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətindən bildirilib. Məlumata görə, dəfələrlə yol hərəkəti qaydalarını kobudcasına pozan və sosial şəbəkələrdə görüntüləri yayılan 77 yaşlı sürücü - Əliyar Dadaşov polis orqanına çağırılaraq barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Barəsində tərtib edilən protokol, 4 bal və 100 manatlıq cərimə özünə elan edilib.
Ondan bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair iltizam alınıb.