Göygöldə mikroavtobus qəzaya uğrayıb - xəsarət alanlar var

21:21 - 24 Avqust 2022 - HADİSƏ

Göygöldə 2 nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106” ilə 15 saylı xətt üzrə işləyən "Mercedes" markalı mikroavtobus toqquşub. Qəzadan sonra mikroavtobus yol kənarındakı mağazaya çırpılıb. Hadisə zamanı mağazada olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti