Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə mikroavtobus qəzaya uğrayıb - <font color=red><b>xəsarət alanlar var</b></font>

21:21 - 24 Avqust 2022 tarixində dərc olunub.

Göygöldə 2 nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106” ilə 15 saylı xətt üzrə işləyən "Mercedes" markalı mikroavtobus toqquşub. Qəzadan sonra mikroavtobus yol kənarındakı mağazaya çırpılıb. Hadisə zamanı mağazada olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: