Tokayev Heydər Əliyevin xatirəsini yad etdi - Foto

18:35 - 24 Avqust 2022 - Xəbər

Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Ucnoqta.az xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.


Xəbər xətti