Bu xidmətlərinin göstərilməsi ƏDV-dən AZAD EDİLDİ
17:33 - 19 Avqust 2022 - ÖLKƏ İÇİ
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən, bundan sonra özəl baytarlıq xidmətlərinin göstərilməsi xidməti ƏDV-dən azad olunur.
Bundan başqa, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər 20 manat məbləğində aylıq sadələşdirilmiş vergi ödəyəcəklər.