Bu xidmətlərinin göstərilməsi ƏDV-dən <font color=red><b>AZAD EDİLDİ</b></font>
17:33 - 19 Avqust 2022 tarixində dərc olunub.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən, bundan sonra özəl baytarlıq xidmətlərinin göstərilməsi xidməti ƏDV-dən azad olunur.
Bundan başqa, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər 20 manat məbləğində aylıq sadələşdirilmiş vergi ödəyəcəklər.