Avtobus neft çəni ilə toqquşdu: 20 ölü

17:22 - 16 Avqust 2022 - HADİSƏ

Pakistanda avtobusun tankerlə toqquşması nəticəsində 20 nəfər ölüb

Pakistanda avtobus və neft çəninin toqquşması nəticəsində 20 nəfər ölüb, 6 nəfər sağ qalıb. 

Qəza Multan şəhəri yaxınlığında baş verib.

Toqquşma nəticəsində yanğın başlayıb: alov həm çəni, həm də avtobusu bürüyüb.

Polis sözçüsü İmran Şövkət bildirib ki, üç avtobus yarışıb. Onlardan biri neft çəninə çırpılıb.

Xilasedicilərin sözlərinə görə, avtobus Karaçi liman şəhərinə gedirmiş. 

Xəbər xətti