Ucnoqta.az
www.ucnoqta.az

Avtobus neft çəni ilə toqquşdu:<font color=red><b> 20 ölü</b></font>

17:22 - 16 Avqust 2022 tarixində dərc olunub.

Pakistanda avtobusun tankerlə toqquşması nəticəsində 20 nəfər ölüb

Pakistanda avtobus və neft çəninin toqquşması nəticəsində 20 nəfər ölüb, 6 nəfər sağ qalıb. 

Qəza Multan şəhəri yaxınlığında baş verib.

Toqquşma nəticəsində yanğın başlayıb: alov həm çəni, həm də avtobusu bürüyüb.

Polis sözçüsü İmran Şövkət bildirib ki, üç avtobus yarışıb. Onlardan biri neft çəninə çırpılıb.

Xilasedicilərin sözlərinə görə, avtobus Karaçi liman şəhərinə gedirmiş. 

Müəllif: