Sabunçu rayonunda soyğunçuluq olub.
DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Bağırova zor tətbiq edib 11000 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs müəyyən olunub.
Şübhəli Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Novruzzadə saxlanılıb.