Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 75 m² olan 4 otaqlı mənzildə çarpayı və divan yanıb.
FHN-dən verilən məlumata görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.