Şəmkirdə 4 otaqlı ev yanaraq kül oldu

23:55 - 14 Avqust 2022 - HADİSƏ

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 80 m² olan talvarın taxta atmaları yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, yüksək temperaturdan bitişik, ümumi sahəsi 50 m² olan köməkçi tikilinin lambirdən ibarət tavanı əriyib.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Xəbər xətti