Şəmkirdə 27 yaşlı qadın dərmandan zəhərləndi

00:10 - 12 Avqust 2022 - HADİSƏ

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə rayonun Seyfəli kəndində baş verib.

1995-ci il təvəllüdlü Z.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

27 yaşlı qadının hansı səbəbdən dərman içərək özünü zəhərləməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti