Şirvanda qəza ölümlə nəticələnib - Foto

22:00 - 11 Avqust 2022 - HADİSƏ

Şirvanda baş verən qəzada bir nəfər ölüb.

APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri dəmir yolu stasiyasının çeşidləmə məntəqəsində baş verib.

“VAZ-2106” markalı avtomobilin aşması nəticəsində Şirvan rayon sakini, 2007-ci il təvəllüdlü Həsənov Emin Elvin oğlu hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti