"WhatsApp”da yenilik: Bunu edə bilməyəcəksiniz

21:43 - 11 Avqust 2022 - DİGƏR

“WhatsApp” növbəti yeniliyini istifadəçilərin ixtiyarına verməyə hazırlaşır.

Ucnoqta.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Messencerin növbəti yeniliyində istifadəçilər onlara göndərilən 1 dəfə görülə bilinən foto və videoların ekran görüntüsünü çəkə bilməyəcək.

Sözügedən funskiya tezliklə “Android” və “iOS” sistemlərində çalışan bütün mobil cihazlarda əlçatan olacaq.

Xəbər xətti