Bakıda sərnişin avtobusu qəza törədib

20:04 - 11 Avqust 2022 - HADİSƏ

Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Neftçilər Xəstəxanasının qarşısında qeydə alınıb.
Hərəkətdə olan "Baku-Bus" MMC-ə məxsus sərnişin avtobusu yolun kənarı ilə hərəkət edən "Ford" markalı minik avtomobilinə çırpılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Xəbər xətti