Azərbaycanda hərbçilər qəzaya DÜŞDÜ

18:53 - 11 Avqust 2022 - HADİSƏ

Yevlaxda hərbçilər qəzaya düşüb.

Hadisə Yevlax şəhərində Yun zavodunun yaxınlığında baş verib. Qarşısına it çıxan "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 1997-ci il təvəllüdlü Zaur Abdullayev, Elnur Məmmədov və İzmir Yanalıyev yaralanaraq xəstəxanaya çatdırılıb. Hər üç yaralı hərbi qulluqçudur.

Faktla bağlı araşdırma aparılır.///unikal

Xəbər xətti