Xaçmazda yanğın başlayıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın rayonun Sibiroba kəndində başlayıb. Biçilmiş taxıl sahəsindən başlayan yanğın daha sonra kol-kosluq əraziyə keçib. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi üçün işlər davam etdirilir.