Salyanda narkotokin təsiri altında avtomobil sürən şəxs saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Aqil Sadıqovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən A.Sadıqovun psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib.

Tarix
10 Avqust 2022 [17:04]
Müəllif
Üç nöqtə
2022-08-10 17:04:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin