Azərbaycanda medianın inkişafı üçün zəruri olan bütün şərait yaradılıb.
Ucnoqta.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən müstəqillikdən sonra dövlətin bütün institutlarının yaradılması ilə yanaşı medianın inkişafına da xüsusi diqqət yetirilib: “Heydər Əliyev yaxşı bilirdi ki, mətbuat inkişaf etmədən cəmiyyətin tərəqqisi mümkün deyil. Həmçinin cənab Prezident İlham Əliyev prezident seçildikdən sonra da bu tədbirlər davam etdirilib. Azərbaycan bütün beynəlxalq konvensiyalara qoşulub. Həm qanunvericilik bazası hazırlanıb, həm institusional islahatlar aparılıb. Sosial şəbəkələrdə gedən bütün məlumatlar izlənilir və tənqidi nəticələr çıxarılır. Biz medianın yaydığı məlumatlardan yararlanırıq. Mətbuatda gedən cinayət xarakterli məlumatları da izləyirik. Çalışırıq ki, kriminal xarakterli məlumatlara dərhal reaksiya verək. İstintaq sirri anlayışı çərçivəsində cəmiyyəti istintaqın gedişatı barədə məlumatlandırmağa çalışırıq".///apa