Şabranda iki avtomobil toqquşub
08:29 - 10 Avqust 2022 - HADİSƏ
Şabran rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1990-cı il təvəllüdlü Sultanov Sənan Sultan oğlu və 2010-cu il təvəllüdlü Həmidova Leyla Mehəddin qızı xəsarət alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər.
Hadisənin təfərrüatı araşdırılır.