Aşurada çaxnaşma yaradan saxlanıldı

Avqustun 7-si gecə saatlarında Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yerləşən “Heydər” məscidində keçirilən Aşura mərasimində çaxnaşma yaradan şəxs saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, məscidin qarşısında toplaşmış insanların arasından “Chevrolet Cruze” markalı avtomobili sürətlə idarə edərək çaxnaşma yaradan, müxtəlif manevrlər edərək hadisə yerindən uzaqlaşan, ərazidəki polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayan 2003-cü il təvəllüdlü Sərxan Rzayev (şərti ad-soyadlı) yaşadığı evdə saxlanılaraq Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 (Avtoxuliqanlıq) və 535.1-ci (Polisin qanuni tələbinə qəsdən əməl etməmək) maddələri ilə protokol tərtib edilib. Saxlanılan şəxs daha sonra Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Mahirə Kərimovanın sədrliyi ilə onun barəsindəki protokollara baxılıb.

Məhkəmə S.Rzayevin 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat cərimə edilməsinə və məhkəmə zalından sərbəst buraxılmasına qərar verib.

Qeyd edək ki, məscidin qarşısında – insanların sıx olduğu yerdə avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına, yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan hərəkətlər etmiş şəxs daha sonra oradan uzaqlaşaraq nənəsinin yaşadığı evə gedib. Qısa vaxt sonra onun olduğu yer müəyyən edilərək saxlanılıb.///qafqazinfo

Tarix
9 Avqust 2022 [19:27]
Müəllif
Üç nöqtə
2022-08-09 19:27:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin