Azərbaycanda tanınmış alim vəfat edib - Foto

09:01 - 9 Avqust 2022 - HADİSƏ

Azərbaycanın tanınmış informatika mütəxəssisi Ramin Mahmudzadə vəfat edib.

Ucnoqta.az xəbər verir ki, tanınmış alim 87 yaşında dünyasını dəyişib.

Ramin Mahmudzadə 31 avqust 1935-ci ildə Bakıda anadan olub. Orta təhsilini başa vurduqdan sonra ali təhsilini Ukraynanın Dnepropetrovsk Universiteti, BDU və Sankt-Peterburq universitetlərində davam etdirib.

Fəlsəfə doktoru dissertasiyası müdafiə etdikdən sonra təhsil sistemində müxtəlif vəzifələrdə çalışıb.

Allah rəhmət eləsin!

Xəbər xətti