Rusiyanın Komi Respublikasında təyyarə qəzaya uğrayıb
Ucnoqta.az xəbər verir ki, faktla bağlı İstintaq Komitəsində cinayət işi açılıb. Bildirilir ki, Cessna təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
Meşələrin mühafizəsi ilə məşğul olan təyyarənin Uxta şəhərində aeroportdan 400 metr məsafədə qəzaya uğradığı bildirilib.