Bakıda oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir qadına məxsus içərisində 5 min manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini M.Bəkirova saxlanılıb.