Polis rəisi ağır qəza törətdi - ölən var

09:44 - 8 Avqust 2022 - HADİSƏ

Şəmkir rayonunun Kür qəsəbəsinin bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib.

Ucnoqta.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.

Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub.

Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Araşdırma aparılır.

Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqlənib.

Xəbər xətti