Batma təhlükəsi olan 8 nəfər xilas olunub

23:39 - 7 Avqust 2022 - HADİSƏ

Bu gün batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən ”Görədil” və ”Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində, "Bilgəh", “Görədil” və "Astara" sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.

Xəbər xətti