Qubada yol qəzası olub, xəsarət alanlar var

20:13 - 7 Avqust 2022 - HADİSƏ

Quba rayonunda bir neçə nəfərin xəsarət alması iə nəticələnən ağır yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Quba-Bakı avtomobil yolunun rayonun Pirvahid kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Hyundai" və "VAZ-21099" markalı avtomobillər toqquşub. Qəza zamanı 1960-cı il təvəllüdlü Əmirov İdayəddin Nüsrəddin oğlu, 1967-cil təvəlludlü Əmirova Kəmalə Faiq qızı və 1987-ci il təvəllüdlü Qəribov Ayaz Tofiq oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti