Goranboyda piyadanı avtomobil vuraraq öldürüb

12:32 - 7 Avqust 2022 - HADİSƏ

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kənd yolunda qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini, 1947-il təvəllüdlü Mirzə Kazımovu avtomobil vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti