Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qəza zamanı traktorla "Mercedes" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.///report