Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı yayılan səsyazısı həqiqəti əks etdirmir.
Bu barədə Ucnoqta.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı səsyazısı yayılıb:
"Bildiririk ki, paylaşılan məlumat həqiqəti əks etdirmir. Elm və Təhsil Nazirliyi olaraq vətəndaşlardan ancaq rəsmi xəbərlərə istinad etməyi xahiş edirik".
Tarix
5 Avqust 2022 [16:15]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin